Ordumuzun bölmələri Kəlbəcərə doğru irəliləyir


Gecə ərzində Azərbaycan ordusunun bölmələri Kəlbəcərə doğru irəliləyib.



"Report"un Qərb Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Qeyd edək ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Ordumuzun zirehli maşın və texnika ilə kəlbəcərə doğru hərəkətinin görüntülərini təqdim edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu