BMT İsrailin Suriya hücumlarını pislədi


BMT-nin baş katibi Antonio Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyir və Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırır.



AFN.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.



"Baş katib İsrailin Əs-Suveyda və Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin İDF qüvvələrinin Colan təpələrində yenidən yerləşdirilməsini pisləyir. O, Suriyanın suverenliyi və ərazi bütövlüyünün bütün pozuntularına dərhal son qoymağa çağırır” - deyə Dujarrik qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu