BMT İsrailin Beyruta hava hücumundan narahatdır


Birləşmiş Millətlər Təşkilatı İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və bütün tərəfləri maksimum təmkinli olmağa çağırır.


Bunu təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

"Bu gün Beyruta ölümcül zərbə endirilməsindən son dərəcə narahatıq. Biz bütün tərəfləri gərginliyi dərhal azaltmağa çağırırıq, hər kəs maksimum təmkin nümayiş etdirməlidir", - deyə o, qeyd edib.

Düjarrik əlavə edib ki, BÇT regionda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu