İsrail–Suriya münaqişəsində razılaşma əldə edildi


İsrail və Suriya arasındakı münaqişədə iştirak edən bütün tərəflər münaqişənin danışıqlar yolu ilə həlli üçün konkret addımlar barədə razılığa gəliblər.



AFN.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.



"Biz Suriyadakı toqquşmalarda iştirak edən bütün tərəfləri danışıqlara cəlb etdik. Biz bu həyəcanverici və dəhşətli vəziyyətə iyulun 16-da axşam saatlarında son qoyacaq konkret addımlar barədə razılığa gəldik" - deyə Rubio X-də yazıb. O, bir nəticə əldə etmək üçün bütün tərəflərin öz öhdəliklərini yerinə yetirməli olduğunu qeyd edib.



Qeyd edək ki, iyulun 16-da İsrail Dəməşqə bir neçə hava zərbəsi endirib. Onlardan birincisi paytaxtın Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının yerləşdiyi əraziyə, sonrakılar isə Baş Qərargah binasının özünə və mətbuatın yazdığına görə, Prezident Sarayına təsir edib. Suriya Səhiyyə Nazirliyinin son məlumatına görə, atəş nəticəsində azı 3 nəfər ölüb, 34 nəfər yaralanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu