Əs-Suveyda xəstəxanasında onlarla cəsəd tapılıb

Qeyri-qanuni silahlı birləşmələr geri çəkildikdən sonra Əs-Suveyda şəhərindəki xəstəxanada onlarla cəsəd tapılıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi açıqlama verib.
Nazirlik əlavə edib ki, onlar mülki şəxslərə və Dəməşqdə yeni hakimiyyət tərəfindən idarə olunan təhlükəsizlik qüvvələrinə aiddir.
"Qeyri-qanuni silahlı qruplar Əs-Suveyda Milli Xəstəxanasından çıxarıldıqdan sonra orada onlarla cəsəd tapılıb. Müayinədən sonra onların mülki şəxslərə və Suriya təhlükəsizlik qüvvələrinin üzvlərinə aid olduğu qənaətinə gəlmək olar", - deyə Suriya Səhiyyə Nazirliyinin Telegram kanalında dərc olunan bəyanatında bildirilir.