Dəməşqdə dərman anbarında çoxlu cəsəd tapılıb
Suriyanın paytaxtı Dəməşqin Seyyide Zeynep bölgəsində bir dərman anbarında çoxlu cəsəd aşkar edilib.
Baas rejiminin devrilməsindən sonra Suriyada kütləvi məzarlıqlar və meyitlər tapılmaqda davam edir.
Aralarında uşaqların da olduğu 20-dən çox adama aid olduğu düşünülən cəsədlərin qalıqları Dəməşqin Seyyide Zeynep bölgəsindəki anbarda tapılıb.
Hadisə yerinə gələn Mülki Müdafiə qrupları araşdırmalara başlayıb.
Cəsədlərin üzərində DNT testlərinin aparılacağını bildirilib.