Əl-Cəzirə: İsrailin Qəzzada keçirdiyi əməliyyatdan sonra onlarla cəsəd tapılıb


İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatdan sonra onlarla cəsəd tapılıb.


AFN.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail hərbçiləri Tell əl-Hava şəhər ərazisini tərk etdikdən sonra mülki müdafiə qüvvələri azı 60 cəsəd aşkarlayıb. Ərazidə dağıdılmış küçələrdə tikililərdə həlak olan və yaralananların axtarışları davam edir. Qəzza Mülki Müdafiəsi bildirib ki, həlak olanların əksəriyyəti bütöv ailələr, qadınlar və uşaqlardır.

Qəzza hökumətinin mətbuat xidmətinin rəhbəri İsmayıl əl-Təvabta İsrail qüvvələrini Qəzza şəhərində “planlı qırğın” törətməkdə ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu