Əl-Cəzirə: "Oktyabrın 7-dən bəri Qəzzada ölənlərin sayı 14532-yə yüksəlib"


Oktyabrın 7-dən bəri Qəzza zolağında ən azı 14532 nəfər ölüb.



Bu barədə Əl-Cəzirə telekanalı Fələstin hakimiyyət orqanlarının mətbuat xidmətinə istinadən məlumat yayıb. Qurbanlar arasında 6 minə yaxın uşaq və 4 minə yaxın qadın var.

Qəzza zolağında ən azı 7 min insan İsrail silahlı qüvvələri tərəfindən atəşə tutulduqdan sonra itkin düşdüyü qeyd edilib. Telekanal xəbər verir ki, onların arasında 4,7 mini uşaq və qadınlardır. Ən azı 35 min adam yaralanıb.

Ölənlər arasında 205 tibb işçisi, 64 jurnalist və 25 yerli mülki müdafiə nümayəndəsi var.

Qeyd olunur ki, bombardman nəticəsində Qəzzada binaların ən azı 60%-i zədələnib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu