İraqda ticarət mərkəzindəki yanğında 63 nəfər ölüb

İraqın şərqindəki Vasit əyalətində ticarət mərkəzində baş verən yanğında ən azı 63 nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə INA xəbər agentliyi məlumat yayıb.
İraqın Səhiyyə Nazirliyindəki mənbənin məlumatına görə, azı 40 nəfər xəsarət alıb. Hadisə Əl-Kut şəhərində baş verib.
İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari insidentin səbəblərini müəyyən etmək üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib.