"Qalatasaray" Osimhen transferində "Napoli" ilə razılaşdı - DETALLAR


"Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli" klubu ilə razılıq əldə edib.



AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, transferin rəsmiləşməsi üçün yalnız klub prezidenti Aurelio de Laurentiisin son təsdiqi gözlənilir. Danışıqlarda tərəflər bütün əsas şərtlər üzərində anlaşma əldə edib. Müqaviləyə bir sıra əhəmiyyətli bəndlərin daxil edildiyi bildirilir.



"Qalatasaray" rəhbərliyi artıq uzun müddət davam edən Osimhen transferini gələn həftənin əvvəlində rəsmiləşdirmək niyyətindədir. "Sarı-qırmızılılar" danışıqların uğurla nəticələnməsi üçün bütün imkanlarını səfərbər edib.



"Napoli" prezidentinin davamlı dəyişən tələblərinə baxmayaraq, Osimhen transferində israrını davam etdirən İstanbul klubu qarşı tərəfin demək olar ki, bütün şərtlərini qəbul edib.



"Qalatasaray" transferin ilkin mərhələsində 40 milyon avronu nağd şəkildə ödəməyi planlaşdırır. Qalan 35 milyon avro isə 2026-cı ilin sonuna qədər maksimum iki hissədə ödənəcək. Bu ödənişlər üçün tələb olunan bank zəmanətləri də müxtəlif variantlar əsasında hazırlanıb.



İtaliya klubunun istəyi ilə müqaviləyə xüsusi bir bənd əlavə ediləcək. Bu bəndə əsasən, Osimhen qarşıdakı iki il ərzində hər hansı bir İtaliya klubuna satıla bilməyəcək.



Əlavə olaraq, Osimhenin gələcəkdə başqa bir kluba transferi baş tutarsa və bu satış 75 milyon avronu keçərsə, əldə olunan gəlirin müəyyən faizi "Napoli” klubuna ödənəcək. İtaliya mətbuatına görə bu faiz 10-15% aralığında olacaq.



Artıq transferin yekunlaşması üçün yalnız "Napoli" prezidenti de Laurentiisin son imzası tələb olunur. İki klubun nümayəndələri son prosedur detalları üzərində danışıqları davam etdirir. Osimhen isə "Napoli"nin razılıq verməsini gözləyir və tezliklə "Qalatasaray"ın düşərgəsinə qoşulmağa hazırdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu