"Qalatasaray"ın yeni formalarında Osimhen sürprizi


"Qalatasaray"ın 5 ulduzlu 2025-2026 mövsümü üçün ev və səfər formaları satışa çıxarılıb.



Formalarda hələ komandada qalıb-qalmayacağı bəlli olmayan Viktor Osimhenin adının da yer alması, "Qalatasaray"ın transferdə iddialı olduğunu göstərir.



Məlumata görə, futbolçunun transferi üçün "Napoli" ilə razılıq əldə olunub və Osimhen bütün alternativləri dəyərləndirdikdən sonra gələn həftə qərarını açıqlayacaq. Klubunun onun adına formasında yer verməsi, transferlə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyinə işarədir.



Qeyd edək ki, "Puma" şirkətinin "Qalatasaray" üçün xüsusi olaraq hazırladığı ev və səfər formaları klubun tarixi 5 ulduz uğurunu qeyd edən xüsusi tanıtım filmi ilə azarkeşlərin bəyənisinə təqdim edilib.



Son üç mövsümdə ardıcıl çempionluqlar qazanan "Qalatasaray"ın bu uğuru beşinci ulduz nailiyyətiUEFA Kubokunun 25 illiyi bu kampaniyanın əsas ilham mənbəyi olub. Tanıtım filmində Mauro İkardi, Kaan Ayhan, Günay Güvənç, Davinson Sançes, Mario Lemina və qadın futbol komandasının üzvü Berna Yeniçeri yer alıblar.



Bundan əlavə, klubun yeni transferi olan Leroy Sane videoda piksel-art texnikası ilə sürpriz şəkildə təqdim olunub. "Qalatasaray"ın 120 illik tarixi və mədəniyyətini təcəssüm etdirən klassik parçalı forma bu mövsüm yenidən azarkeşlərlə görüşüb. Ev formasının yaxa hissəsində yazılmış "İlklərin və ənlərin komandası" ifadəsi klubun zəngin keçmişinə istinad edir. Səfər forması isə 17 may 2000-ci ildə qazanılan UEFA Kuboku uğurunun 25 illiyinə həsr olunub. Alternativ forma isə daha sonra təqdim ediləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu