Polşa Ukraynaya 2024-cü ildə 295 zirehli texnika satıb

2024-cü ildə Polşa Ukraynaya 295 müxtəlif tipli zirehli texnika, 18 “Krab” özüyeriyən artilleriya qurğusu (SAU), 78 “Qvozdika” 122 mm-lik haubitsa və 10 ədəd 85 mm-lik D-44M tank əleyhinə silah satıb.
AFN.az xəbər verir ki, bu barədə “Defence24” internet portalı məlumat yayıb. Bildirilir ki, bu məlumat Polşa hakimiyyəti tərəfindən hələlik rəsmən təsdiqlənməyib.
Portal qeyd edir ki, bu rəqəmlər yalnız Polşanın Ukraynaya satdığı silahlara aiddir. Kiyevə pulsuz silah çatdırılması ilə bağlı məlumatlar məxfiləşdirilib.
Portalın məlumatına görə, 2024-cü ildə Ukraynaya satılan 295 zirehli texnikanın əksəriyyəti Polşa-Ukrayna birgə istehsalı olan “Oncilla” yüngül zirehli maşınlarıdır.
“Defence24” xatırladır ki, 2022-ci ildə Ukrayna 40 km məsafəyə 155 mm-lik mərmi atmağa qadir olan daha 54 “Krab” özüyeriyən silahalıb.