Ukrayna hərbçiləri təlim keçmək üçün Britaniyaya gediblər


Britaniyanın Ukraynaya dəstək və yardımları davam edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, budəfəki dəstək hərbçilərin təlimi ilə bağlıdır. Belə ki, Ukrayna hərbçiləri Böyük Britaniyaya AS-90 artilleriya qurğularında təlim keçmək üçün gedliblər. Bu haqda Böyük Britaniya Müdafiə Nazirliyinin Twitter səhifəsində bildirilib.
Həmçinin qeyd edilib ki, AS-90 zirehli özüyeriyən artilleriya qurğusudur və Britaniya özünümüdafiə üçün Ukraynaya verib.

Qeyd edək ki, yanvarın 16-da Britaniya Ukraynaya ən böyük silah paketinin təhvil verildiyini elan edib. Paketə Challenger 2 döyüş tankları, AS-90 özüyeriyən artilleriya qurğuları və Bulldog zirehli transportyorları daxildir. AS-90 gücləndirilmiş zirehli özüyeriyən artilleriya qurğusu 30 km-ə qədər məsafədə 10 saniyədən az müddətdə üç atəş açmağa qadirdir.

Bundan əvvəl də Ukrayna hərbçiləri “Challenger 2” döyüş tanklarında təlim keçmək üçün Böyük Britaniyaya gediblər. "Challenger 2" gücləndirilmiş zireh və yüksək hərəkət qabiliyyətinə malik üçüncü nəsil əsas döyüş tankıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu