İlqar İsmayılov azadlığa buraxıldı


“İdeal” (red.-indiki “Adore”) mağazalar şəbəkəsinin “mənimsəmə” ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb.



Bununla bağlı qərar Bakı Apellyasiya Məhkəməsində qəbul edilib.



Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.



Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı “kalon”dan azadlığa buraxılıb.



Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu