Tramp: 150 ölkədən idxala 10-15 faiz rüsum tətbiq edilə bilər

ABŞ 150-yə yaxın kiçik ölkədən malların idxalına 10-15 faiz idxal rüsumları tətbiq etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz qalan 150 kiçik ölkə üçün bir rəqəm elan edəcəyik. Və yəqin ki, 10 faiz və ya 15 faiz olacaq. Biz hələ qərar verməmişik", - o, "Real America's Voice" telekanalına müsahibəsində deyib.