Konsertdə söyüş söyən reper Epi saxlanıldı

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.
AFN.az xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərdən birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer alması səbəb olub.
Bakı bulvarındakı “EGP Arena”da baş tutan tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb və vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Hazırda reperlə bağlı araşdırma aparılır.