Məşhur reper həyat yoldaşına sosial medianı qadağan edib
Məşhur reper Kanye Uest həyat yoldaşı, model Byank Sensoriyə sosial şəbəkələrdən istifadəni qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" reperiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, 46 yaşlı Kanye Uest həyat yoldaşını mənfi şərhlərdən "qorumağa" çalışır, ona görə də ona sosial şəbəkələrə girməyi qadağan edib.
"Byanka həmişə sosial mediadan istifadə edirdi və Kanye ilə münasibətə qədər burda aktiv idi. İndi Kayne onun sosial mediadan istifadə etməsini istəmir, çünki insanların yazdıqları pis şeylərdən əziyyət çəkəcəyini düşünür", deyə mənbə bildirib.
Mənbə qeyd edib ki, Kanye Uest həyat yoldaşını onun ulduza çevrildiyinə və indi başqaları üçün sirr olması lazım olduğuna inandırıb.
Lakin Byanka Sensorinin dostları hesab edirlər ki, bu yolla sənətçi modeli başqalarından təcrid etməyə çalışır. Düşünürlər ki, reper özü həyat yoldaşının açıq-saçıq fotolarını sosial şəbəkələrdə yayımladığı üçün özü ilə ziddiyyət təşkil edir. Eyni zamanda, qızın dostları onun iradəli xarakteri ilə hər şeyə necə sakitcə razılaşdığına təəccüblənirlər.
"Onun istədiyini geyinir, istədiyi yerə gedir, başqa çarəsi olmadığı üçün istədiyini edir. O, tələyə düşüb", deyə mənbə bildirib.
Keçən yanvar ayında reper Kanye Uest və model Byanka Sensori qanuni qüvvəyə malik olmayan toy mərasimi keçiriblər. Sənətçi sevgilisini uşaqlarına da təqdim edib. İyun ayında Byanka Uestin 46 yaşını qeyd edən ziyafətdə musiqiçinin böyük qızı Nort ilə əl-ələ tutarkən görünüb.