Həyat yoldaşını öldürüb sosial şəbəkədə "qürur duyur" ifadəsi paylaşdı
Hoşanma prosesində olan həyat yoldaşı 38 yaşlı Ayşe Koruru ov tüfəngi ilə öldürən və bundan sonra sosial media hesabında "gülən üz", "qürur duyur" ifadəsini paylaşan 41 yaşlı Gencay Korur özünü müdafiə məqsədilə absurd ifadə verib. O, "Öldürmək niyyətim yox idi, sadəcə qorxutmaq istədim" deyə bildirib.
AFN.az xəbər verir ki, hadisə Çanaqqalada baş verib. Ayşe Korur uzun müddətdir ağır münaqişə yaşadığı 17 illik həyat yoldaşı, iki uşaq atası Gencay Korurdan ayrılaraq ata evinə qayıdıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Toylarda ifaçı olan Gencay Korur 2022-ci il avqustun 9-da saat 20:00 radələrində boşanma prosesi davam edən həyat yoldaşı ilə danışmaq üçün qayınatasının evinə gedib. Gencay Korur özü ilə gətirdiyi ov tüfəngi ilə həyat yoldaşını öldürüb və qaçıb.
Törətdiyi əməlin ardından sosial media hesabında "gülər üz" və "qürur duyan" ifadəsi paylaşan Korur İzmirdə polis tərəfindən yaxalanıb. Korur ifadəsində "Hadisə baş verən gün həyat yoldaşımın ailəsinin evinə getdiyim zaman onun çöldə telefonla danışdığını gördüm. Onun naz-qəmzəli danışdığını eşidəndə əsəbiləşdim. Ov tüfəngini götürüb arvadımın arxasınca getdim və ona atəş açdım" - deyə bildirib.
Çanaqqala 1-ci Ağır Cəza Məhkəməsində Korur barəsində “arvadını qəsdən öldürmək” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia açılıb. Bu gün cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. İclasda həbsdə olan Gencay Korur, şahidlər və təqsirləndirilən şəxslərin yaxınları iştirak ediblər. Çanaqqala Vəkillər Kollegiyasının Qadın Hüquqları Komissiyasının üzvləri və bəzi qadın birlikləri də iştirakçı kimi salonda olub.