Rusiyada təqaüdçü qadın ərini tava ilə döyərək öldürüb
Sankt-Peterburqda yaşayan 76 yaşlı təqaüdçü qadın 75 yaşlı həyat yoldaşını tava ilə döyərək öldürüb.
AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Martın 23-ü axşam saatlarında şəhərin Admiral Çerokov küçəsi 22 ünvanında yaşayan yaşlı ər-arvadın mənzilində qışqırıq səsi eşidən qonşular polisə müraciət ediblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mətbəxdə təqaüdçü kişinin meyitini aşkar ediblər. Onun həyat yoldaşı ifadəsində bildirib ki, əri tərəfindən alçaldılıb, döyülüb, bu, cavab hadisəsidir.