Ermənistanın fəxri boşandı - Uest Kardaşyana "papuc" buraxmadı
Rep ifaçısı Kanye Uest və model Kim Kardaşyan arasında boşanma prosesi başa çatıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş çütlük nəhayət razılaşa biliblər.
Ermənistanın qüruru, baş nazir Paşinyanın ailəvi dostu Kim Qardaşyan boşanmaq üçün “ərindən” tələb etdiyi fantastik məblləği ikiqat azaltmağa razı olub.
Seks simvol bərəbər qəyyumluq üçün daha az pul ödənməsini qəbul edib. Amma dörd övladının birgə qəyyumluğunu alsalar da, mənbələrə görə, Kim onlarla daha çox vaxt keçirəcək. Uest Kimə ayda 200 min dollar aliment ödəməli, həmçinin uşaqların təhsil haqqının yarısını və mühafizəçilərinin xərclərinin 50%-ni ödəməli olacaq. Nə deməli, Kanye canını yaxşı qurtarıb.