Hamiləliyini gec deyən arvadından şübhələndi: Öyrəndiyi həqiqət ŞOK YAŞATDI
Həyat yoldaşı ilə boşanma davası davam edərkən DNT testi etdirən kişi 3 yaşlı oğlunun ondan olmadığını öyrənincə sarsılıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirdə yaşayan Gürkan Ü. 2018-ci ildə həyat yoldaşından boşanmaq qərarına gəlib. Evli olduğu müddətdə arvadının hamiləliyini 4-cü ayda ona söyləməsi ilə bağlı beynində sual işarələri yaranan G.Ü. uşağını DNT testindən keçirtdirib. Test nəticəsində uşağın onun olmadığını bilən G.Ü-nün psixologiyası pozulub.
İzmirdə bir şirkətin bölgə müdiri olan 47 yaşlı Gürkan Ü. 7 il əvvəl insan resursları müdiri olaraq çalışan 39 yaşlı Ayşen Ü. ilə evlənir. Bir il sonra cütlüyün A.Ü. adlı bir oğlu olur. Bu arada iş səbəbiylə fərqli şəhərlərdə yaşamalı olan cütlük arasında fikir ayrılığı yaranır. Cütlük 2018-ci ildə boşanmaq qərarına gəlir. Boşanma işi Karşıyaka 3-cü Ailə Məhkəməsində davam edərkən, Gürkan Ü. oğlu A haqqında fikrini aydınlaşdırmaq üçün xüsusi laboratoriyada DNT testi etdirir. 2019-cu ildə keçirilən sınaq nəticəsində oğlunun özündən olmadığını öyrənən Gürkan Ü. şok yaşayır.
Atalıq və başqa məqamlar üzrə məhkəmə prosesi davam edir.