Bill Qeyts rəsmən boşandı


Məşhur “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri sayılan Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts rəsmən boşanıb.


“Report”un məlumatına görə, bu barədə “Business Insider” qəzeti məhkəmənin hesabatına istinadən xəbər verir.

Eyni zamanda, Qeytsin boşanma prosedurları tarixə ən bahalı boşanma kimi düşə bilər.

Qeyd edək ki, Bill və Melinda 27 illik ailə həyatına ikitərəfli razılıq əsasında boşanmaq qərarına gəldiklərini bildirmişdilər.

Xatırladaq ki, cütlüyün üç övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu