Bill Qeyts Çin lideri Şi Cinpinlə görüşüb


ABŞ-ın “Microsoft” şirkətinin sahibi və dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeyts Çin prezidenti Şi Cinpinlə görüşüb.


Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Çin prezidenti Cinpinin bu gün Bill Qeytslə görüşdüyü bildirilib.

Prezident Cinpinin Bill Qeytsin həmsədri olduğu Bill və Melinda Qeyts Fondu ilə əməkdaşlığı gücləndirmək istədiyi və bu yolda inkişaf etməkdə olan ölkələrə dəstək verməyə hazır olduğu bildirilib.

Prezident Cinpin Bill Gates-ə bu il Pekində görüşdüyü ilk amerikalı olduğunu bildirib.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu