Bill Qeyts 2019-cu ildən bəri ilk dəfə Çinə gedir


"Microsoft"un qurucusu Bill Qeyts 2019-cu ildən bəri ilk dəfə Çinə səfər edib.


AFN.az xəbər verir ki, bu barədə milyarder özünün twitter səhifəsində məlumat verib. O, Qeyts Fondu üçün iş məqsədi ilə Pekində olduğunu qeyd edib. Bildirib ki, fəallar uşaq ölümü və yoxsulluqla mübarizədə uğur qazana biliblər.

Qeyts deyib ki, Çinin iqlim dəyişikliyi ilə mübarizədə, dərman və qidaya çıxışı təmin etməkdə "böyük təcrübə" var. O əlavə edib ki, daha sonra Qərbi Afrikaya yollanacaq.

Mayın sonunda Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask Çinə səfər etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu