Bill Qeyts dünyanı gözləyən yeni təhlükə haqda: "Covid-19-dan daha çətin olacaq..."


Koronavirusla bağlı proqnozunda haqlı olan Bill Qeyts dünyanı gözləyən yeni təhlükəni açıqlayıb.


AFN.az xəbər verir ki, peyvəndlərə verdiyi dəstək, aldığı kənd təsərrüfatı torpaqları və həşərat istehlakı üçün verdiyi vəsaitlə adından söz etdirən milyarder bu dəfə Avstraliyadan çox danışılacaq açıqlama verib. Pandemiyanın başlanğıcından bəri sərt karantin qaydaları tətbiq edən Avstraliyanı tərifləyən Qeyts, bir çox ölkənin bu siyasətləri həyata keçirməməsinin qurbanı olduğunu söyləyib.

Növbəti pandemiyanın Covid-19-dan daha çətin olacağını vurğulayan milyarder, “Hazır ol” mesajı verərək, dünyanı hədələyən yeni təhlükədən danışıb. “Növbəti virus təbii deyil, insan tərəfindən yaradılacaq. Pandemiyanın dünyaya gətirdiyi iqtisadi xərc 10 trilyon dolları keçəcək" - deyə o bildirib.

Dünya liderlərinə növbəti virusa hazırlaşmalı olduqlarını və qabaqcadan plan qurmaları lazım olduğunu söyləyən Qeyts, "Dünyada hər 5 ildən bir pandemiya təlimləri etməliyik. 1000 dollara həyat qurtara bilərsiniz. Bundan daha qaneedici bir şey yoxdur" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu