Reper P.Diddinin oteldə keçmiş sevgilisini döyməsinin görüntüləri yayılıb


2016-cı ildə Los-Ancelesdəki otellərdən birində çəkilmiş müşahidə kamerası videosunda reper P Diddinin keçmiş sevgilisi, müğənni Kessi Venturanı vəhşicəsinə döydüyü görüntülər yayılıb.



CNN bu barədə mayın 17-də hücum anının görüntülərini dərc edərək məlumat yayıb.

Reper və biznes maqnatı P Diddi Los-Ancelesdəki hazırda bağlı olan "InterContinental Hotel"in foyesində Venturanı itələyib və sürüyərək təpikləyib.

Los-Anceles Polis İdarəsi materialların ortaya çıxması ilə bağlı açıqlama yayıb:

“Biz bu görüntüləri son dərəcə şok edici və izləməkdə çətinlik çəkirik. Videoda təsvir olunanlar 2016-cı ildə baş veribsə, təəssüf ki, biz ittiham irəli sürə bilməyəcəyik, çünki qanunsuz hərəkətlər hücumun mühakimə olunma müddətindən kənarda törədilmişdir”.

Kessi Ventura 2023-cü ilin noyabrında reperə qarşı münasibətləri zamanı yaranan mübahisə və təcavüzə görə ittiham irəli sürüb. CNN-in qeyd etdiyi kimi, iş materiallarında təsvir olunan döyülmələr videoda göstərilənlərə uyğundur.

Ventura kanalın jurnalistlərinin əldə etdiyi videoya münasibət bildirməkdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu