Qarabağdakı sülhməramlıların sayı artırılacaq? - RƏSMİ CAVAB


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə açıqlayıb ki, Moskva Dağlıq Qarabağdakı sülhməramlılarının sayının artırmaq niyyətində deyil.



AFN xəbər verir ki, Peskov yayılan şayiələri təkzib edib və bunun həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edək ki, bölgədəki qurumlararası humanitar yardım mərkəzi fəaliyyətini təmin etmək üçün əlavə heyət cəlb edib.

Məlumat üçün ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən, Qarabağ münaqişəsi bölgəsində 10 noyabr tarixindən etibarən qüvvəyə minmiş atəşkəsə əməl olunmasına nəzarət məqsədi ilə Rusiyanın 1 960 canlı qüvvə, 90 zirehli daşıyıcı texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı birləşməsi yerləşdirilib. Bununla yanaşı, bölgədə 5 humanitar mərkəz yaradılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu