Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı


Rusiyanın “İnfoteka24. ru” saytı erməni əsirliyində olan azərbaycanlı Amin Musayevin son fotosunu yayıb.



“Qafqazinfo”nun məlumatına görə, məlumatda bildirilib ki, Amin sağdır və müalicə olunur.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər.

Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat olsa da, erməni tərəfi təkzib edirdi.

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşmışdı.

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu