UEFA azarkeşlərlə bağlı məhdudiyyəti ləğv etdi


UEFA pandemiya dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.

"Report"un məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

Həmçinin tamaşaçıların futzal matçlarına gəlməsinə qoyulan qadağa da aradan qaldırılıb. Qərar bu ilin iyununda qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, görüşlərdə azarkeş sayı barədə qərar yerli hökumət tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu