UEFA-dan Çempionlar Liqasında klub sayının artırılması ilə bağlı açıqlama


UEFA Çempionlar Liqasının qrup mərhələsində komanda sayının artırılması ilə bağlı hələ qərar verməyib.



"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumundan "RİA Novosti"nin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, UEFA-nın bayrağı altında 2024-cü ildən sonra keçiriləcək klub yarışlarının formatı ilə bağlı müzakirələr tezliklə bütün maraqlı tərəflərlərin iştirakı ilə bərpa olunacaq.

Daha əvvəl "The Telegraph" nəşri UEFA-nın 2024/2025 mövsümündən Çempionlar Liqasının qrup mərhələsində iştirakçı komandaların sayını 32-dən 36-ya artıra biləcəyini yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu