UEFA Azərbaycana vaxt verdi


UEFA AÇ-2020-ni keçirəcək ölkələrə vaxt verib. Həmin ölkələr aprelin 7-nə qədər qitə futbol qurumuna oyunların azarkeşlərlə keçirilməsi ilə bağlı planları təqdim etməlidirlər.


Bunu qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında deyib.

“Hazırki vəziyyət çox risklidir. Amma azarkeşlərin stadionlara buraxılmasına icazə verən ölkələr məsuliyyət daşımalıdırlar. Aprelin 7-nə qədər bütün ölkələr planlarını UEFA-ya təqdim edəcəklər”.

Xatırladaq ki, bu ölkələr arasında Azərbaycan da var və aprelin 7-nə qədər AFFA matçların azarkeşlərlə keçirilməsi ilə bağlı planı UEFA-ya təqdim etməlidir.

Qeyd edək ki, 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu