Milli federasiyalar UEFA-dan AVRO-2020-nin təxirə salınmasını xahiş edir
UEFA-ya üzv olan milli futbol federasiyaları qitə futbol qurumundan AVRO-2020-nin təxirə salınmasını xahiş edir.
Bu barədə İtaliyanın "Tuttosport" nəşri xəbər yayıb.
Bildirilib ki, federasiyalar koronavirusa görə müvəqqəti dayandırılan yerli çempionatı başa vurmaq üçün Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir.
Ancaq UEFA prezidenti Aleksandr Çeferinin bu təklifə müsbət yanaşmadığı iddia olunur.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.