Qurban Qurbanov: "Qarabağ" Azərbaycanın ən populyar klubudur"


"Ayaks" klubunun vəziyyətində olmaq istərdik. Orada rəhbərlik idmanla siyasətin ayrı olduğunu deyə bilər. Bizdə isə bu, mümkün deyil".



"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "volkskrant.nl" nəşrinə açıqlamasında klubun tarixi barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis komandanın sabiq kapitanı və baş məşqçisi Allahverdi Bağırovun Birinci Qarabağ müharibəsindəki şücaətindən söz açıb: "O, klubun simvolu və düşmənə qarşı mübarizənin liderlərindən idi. Həmçinin yarımmüdafiəçimiz Qara Qarayev uşaq yaşlarında müharibə zorakılığından qaçmaq məcburiyyətində qalıb".

Qurbanov "Qarabağ"ın hazırda Azərbaycanın ənpopulyar komanası olduğunu söyləyib: "Müharibədən sonra "Qarabağ" azarkeşlərinin əksəriyyəti məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrində yaşayırlar. Bu səbəbdən də Bakıda matçlarımızda tribunalarda üç mindən çox azarkeşimiz olmur. Buna baxmayaraq, "Qarabağ" ölkənin ən populyar klubudur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu