Vüqar Səfərlinin bankda saxladığı 6 milyon niyə diqqət çəkməyib? - ŞƏRH


"Başqasının bank hesabına 20 min manatdan çox vəsait daxil olanda Maliyyə Monitorinqi Xidmətinə dərhal məlumat verildiyi halda necə ola bilər ki, bank hesabında 5 milyon 796 min manat yatıran Vüqar Səfərli barədə aidyyatı orqanlar məlumatsız olsunlar?”



Bunu iqtisadçı ekspert Qubad İbadoğlu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün vəzifəli şəxslər hər il maliyyə məlumatlarını, gəlirləri və əmlakı barədə məlumatları dərc etməlidir:

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin cinayət dosyesi ilə tanış olanda diqqətimi iki məqam çəkdi.

Əvvala, o maraqlıdır ki, yüksək dövləti vəzifə tutmayan Vüqar Səfərli jurnalistlər üçün mənzil tikintisindən 6 milyon manata qədər vəsait oğurlayıb. Ən maraqlısı da odur ki, Vüqar Səfərli oğurladığının 5 milyon 796 min manatını 2015-2018-ci illər ərzində arxayınlıqla Azərbaycanın kommersiya banklarında milli və xarici valyutadakı depozit hesablarında yerləşdirib, bu vasitə ilə də mənimsədiyi pulları leqallaşdırmaqla yanaşı, həm də onlardan yüz minlərlə manat faiz gəlir də qazanıb.

Hər iki məqam yalnız maraqlı deyil, həmçinin düşündürücüdür. Birincisi, ona görə ki, yüksək siyasi elitaya üzv olmayan məhdud səlahiyyətli, ortadan aşağı ranqlı şəxs hətta jurnalistlər üçün ayrılan fonddan milyonlarla manat vəsait oğurlaya bilirsə, onda yəqin ki, yüksək dövləti vəzifə tutan orta və yuxarı ranqlı məmurlar on milyonlar və yüz milyonları mənimsəyirlər.

Başqasının bank hesabına 20 min manatdan çox vəsait daxil olanda Maliyyə Monitorinqi Xidmətinə dərhal məlumat verildiyi halda necə ola bilər ki, bank hesabına 5 milyon 796 min manat yatıran Vüqar Səfərli barədə aidyyatı orqanlar məlumatsız olsunlar, onun banklardakı milyonlarla pulu 5 il heç kəsi qayğılandırmasın? İnandırıcı görsənməsə də, nəzəri cəhətdən mümkündür. Odur ki, prezident də daxil olmaqla bütün vəzifəlilər hər il maliyyə məlumatlarını, gəlirləri və əmlakı barədə məlumatları dərc etməlidir ki, mənimsəmələr 5-10 ildən sonra deyil, zamanında asanlıqla aşkar olunsun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu