“VTB Bank”da 257 milyon manat yığılmış zərər

Xəbərin çap versiyası
Tarix: 19-07-2019, 14:05    |    Xəbər oxunub: 550 dəfə
“VTB Bank”da 257 milyon manat yığılmış zərər


“VTB Bank Azərbaycan” ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.



“Finans.az” açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 144 mln. 431 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

“VTB Bank Azərbaycan”ın kredit portfeli 1 il ərzində 24% azalaraq 47 mln. 68 min manat təşkil edib.

Sözügedən dövrə bankın depozit portfelinin həcmi 57 mln. 102 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 19,8% artaraq 84 mln. 58 min manat olub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə “VTB Bank Azərbaycan”ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, səhmdar kapitalı 315 mln. 815 min manat, yığılmış zərəri 256 mln. 853 min manat, ümumi ehtiyatları isə 1 mln. 411 min manat olan bankın cəmi kapitalı 9,7% artaraq 60 mln. 373 min manata qalxıb.

Əməliyyatlarını zərərlə icra edib.

2019-cu ilin birinci yarısında bankın xalis faiz mənfəətii 1 mln. 534 min manat, xalis qeyri-faiz zərəri isə 5 mln. 307 min manat olub. Əməliyyat zərəri 3 mln. 773 min manat olan “VTB Bank Azərbaycan” aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalarını 8 mln. 486 min manat azaldıb. Bununla da bank 2019-cu ilin ilk yarısını 4 mln. 713 min manat xalis mənfəətlə başa vurub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib

Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

Fransada G7 sammiti başlayır

Fransada G7 sammiti başlayır

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb:

Ağalar Vəliyevin müəmmalı sərvəti sərhədlərimizi aşıb: Fabrik, otel, zavod...

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Cüdoçularımızın dünya çempionatında rəqibləri müəyyənləşdi

Arif Alışanovun qardaşı işdən çıxarıldı -

Arif Alışanovun qardaşı işdən çıxarıldı - Yeni təyinatlar

Hirkan Milli Parkında yanğın söndürüldü

Hirkan Milli Parkında yanğın söndürüldü

UEFA “Qarabağ”ı cərimələdi

UEFA “Qarabağ”ı cərimələdi

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Deputat “razborka”ya görə tutulan oğlunu həbsdən çıxartdırmaq istəyir

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı -

Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı - SİYAHI+FOTOLAR

Şəhidin qardaşı intihar edib

Şəhidin qardaşı intihar edib

Könüllülər “Bakubus”da olublar -

Könüllülər “Bakubus”da olublar - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur