Aleksandr Novak: "OPEC+ çərçivəsində gələn ildən hasilat artırılacaq"


OPEC+ formatının iştirakçısı olan ölkələr pandemiyanın ikinci dalğasına baxmayaraq, 2021-ci ildən hasilatı artırmaq niyyətindədir.



“Report” xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Xatırladaq ki, mart ayının 6-da OPEC+ Nazirlər Komitəsində bazardakı vəziyyətlə bağlı qarşıdakı addımlara dair yekdil mövqe əldə olunmaması üzündən bazarda dalğalanmalar başladı, neft qiymətləri qısa müddət ərzində 30 faiz aşağı düşdü. Sonradan may ayından qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu