Kəlbəcərə 12 kilometr uzunluğunda tunel çəkilir: Türkiyə şirkəti də cəlb edilib


“Kəlbəcər rayonuna Gəncə-Toğana yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq”.



AFN xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.

“Hələlik düşmən qonşumuzla yaşayışı təmin edən qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə edə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılr. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək. Bu, tunel olacaq və onun uzunluğu 12 km-ə qədər nəzərə tutulur. Lakin layihələndirmədən sonra az da ola bilər”, - deyə o, əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu