Silsilə oğurluqlar edən şəxs saxlanıb

Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, oğurluq faktı ilə bağlı daxil olan müracət üzrə bir evdən 5015 manat pul, 5655 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən 3500 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhə bilinən şəxs müəyyən olunub.
Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən Saray qəsəbə sakini, əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan 29 yaşlı Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun qəsəbədə digər yaşayış evlərindən külli miqdarda, müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını talaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.



Diqqətinizi çəkə biləcək digər xəbərlər