Narkotik aludəçisi özünü öldürdü


Bakıda intihar hadisəsi baş verib.

AFN-in verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, Qədirli küçəsində qeydə alınıb. Orada yaşayan 1965-ci il təvəllüdlü Əliyev Əfqan Müslüm oğlu intihar edib.

İlkin məlumata görə, o, narkotik vasitənin təsiri altında qollarını ülgüclə kəsərək özünü öldürüb. Onun narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu