10 yaşlı Nərminin dəhşətli qətl işi: “Onu buraxmağa da ehtiyat edirlər...” - Vəkil


"Məhkəmə İlkin Süleymanova bəraət verməlidir, başqa yolu yoxdur”.


Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib. Onun sözlərinə görə, məhkəmə üçün arışdırılacaq bir məsələ yoxdur:

"İstintaq bitib, iş məhkəməyə göndəriləcək. Amma heç bir əsas və sübut yoxdur. Özünün əvvəl işgəncə altında verdiyi ifadədən başqa heç bir dəlil yoxdur. İstintaq onun barəsində cinayət tərkibinə xitam verməli idi. 14-15 aydır ki, onu saxlayıblar. Heç bir sübut da yox. Prosesin uzanması da sübutların olmaması ilə bağlıdır. İndi də bir ildən artıq vaxt keçib. Düşünürlər ki, proses sonsuzluğa kimi uzana bilməz. Onu buraxmağa da ehtiyat edirlər. Çünki sual yaranacaq ki, onda günahı yoxdursa, bu vaxta kimi onu niyə həbs etmişdiniz? Ona görə özlərindən uzaqlaşdırıb, məhkəməyə göndərirlər”.

Qeyd edək ki, 2019-cu ildə Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyeva qətlə yetirilib. Bir müddətdən sonra onun kənd ərazisində yandırılan meyiti aşkarlanıb. Bu cinayətlə bağlı axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu