Moskvada Qarabağ danışıqları- YENİLƏNİB


Moskvada Qarabağ danışıqları-


Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əvvəlcə Lavrovun iştirakı ilə görüşüblər.

Daha sonra danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilib.

***

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş bu gün - aprelin 15-də Moskvada keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat verib.

Görüşə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatılacağını gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu