Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb
![](/uploads/posts/2023-06/1687890444_azergorus.jpg)
Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tviterdə məlumat yayıb.
Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.