“Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev


"Cənab Prezident Azərbaycan xalqına müraciət etdi, Ermənistanın təxribatının və təcavüz aktının məqsədləri barədə məlumat verdi".



"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib:

“Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır. Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu