Bu kənd Azərbaycanın nəzarətinə verilir - Erməni KİV-i


Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.



Bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir.

Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.//Qazet.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu