"Bunu Qarabağda da etdik" - Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna toxunub.



Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin hər zaman sərgilədiyi yanaşmadan danışıb.

"Biz hər zaman zərər görənə qucaq açdıq, zalıma təslim olmadıq. Qarşılıq ödəmək lazım olanda ödədik. Amma heç bir zaman əyilmədik. Biz Suriyada, Liviyada bu yanaşmanı göstərdik. Biz Qarabağda da bunu etdik. Somalidə də, Fələstində də, Bosniyada da, Kiprdə də bunu etdik. Zaman oldu ki, küçələrimiz qarışdı. Zaman oldu ki, siyasi, çevriliş cəhdi ilə, yeri gəldi ki, iqtisadi tələlərlə, yeri gəldi ki, beynəlxalq arenada təzyiqlərlə bədəl ödədik. Millətimizlə bütün əngəlləri aşmağı bacardıq", - deyə Ərdoğan bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu