İlham Əliyev: "Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər"


"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər".

AFN xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Hərbçilərimiz ləyaqətlə davranırdılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Biz qanunsuz olaraq məskunlaşdırılmış əraziləri azad edirdik. Ancaq hərbçilərimizin hücumları yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. Bu səfərbər edilmiş və hərbi əməliyyatların bir hissəsi olan mülki şəxslər idi”, - prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, insani mahiyyətin və siyasətimizin nümayiş etdirilməsinə və ordumuzun insani davranışına açıq sübut hərbçilərimizin Hadrutda qalmış yaşlılarla necə davranması olub:"Bu yaşlı insanlar vaxtilə azərbaycanlılarla yaşadıqları üçün Azərbaycan dilində çox yaxşı danışırdılar. Onlar xəstəxanaya aparıldılar və orada müalicə edildilər. Sonra onları Qırmızı Xaç vasitəsi ilə Ermənistana qaytarmaq qərara alındı, lakin orada onları qəbul etməkdən imtina etdilər. Yaşlı insanlardan biri o qədər zəif idi ki, ermənilər onu qəbul etmək istəmirdilər. Ermənistanda bu davranışı qiymətləndirdilərmi? Deyərdim ki, xeyr”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu