İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub


 İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub


Azərbaycan tərəfinin təşəbbüsü ilə Rusiya və Azərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutub.

AFN xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"İkitərəfli gündəliyin aktual mövzuları müzakirə edilib. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı münasibət təsdiqlənib. İlham Əliyev Vladimir Putini koronavirus infeksiyasına qarşı Rusiya peyvəndinin qeydiyyatı münasibətilə təbrik edib.

Bundan əlavə, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya tərəfindən bildirilib ki, gərginliyin artmasına şərait yaradacaq istənilən fəaliyyət yolverilməzdir", -deyə Kremlin məlumatında qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu