Türk Şurası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı


Türk Şurası Qarabağda gedən münaqişə ilə bağlı bəyanat yayıb.



Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyev adından yayılan bəyanatda deyilir:

"Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir və Ermənistan – Azərbaycan münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.

Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır”.

Türk Şurasının baş katibi qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verib və yaralananların təcili yaxşılaşmasını diləyib. (oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu