Türk Şurası və BMTM Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı birgə kitab çap edib




Türk Şurası Katibliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Şurasının 10 illiyi ilə münasibəti ilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı birgə kitab buraxıb.



Məhdud sayda və ingilis dilində buraxılmış kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan prezident İlham Əliyev , Qırğızıstan prezidenti Soronbay Jeenbekov, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan prezidenti Şavkat Morzoyev və Macarıstan baş naziri Viktor Orbanın məqalələri yer alıb. Həmçinin kitabda Türk Şurası baş katibi Bağdad Amrayev, Türk Şurasının digər institutlarının rəhbərlərinin və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-in sədri Fərid Şəfiyevin məqaləsi dərc olunub. Kitab Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin görüşü və Türk Şurasının VII sammiti çərçivəsində üzv ölkə başçılarına və hökumət nümayəndələrinə və xarici işlər nazirlərinə təqdim olunub.

Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu