Qazaxıstan prezidenti parlament seçkilərində səs verib


Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev ölkədə parlamentin aşağı palatasına keçirilən seçkilərdə səs verib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Dövlət başçısı Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib. Səsvermədən sonra Tokayev bildirib ki, seçkilər ölkə demokratiyasının inkişafında addım olmalıdır.

Həmçinin Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayev də səs verib.


Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan, “Qazaxıstan Xalq Partiyası”, “Nur Otan”, “Auıl” Xalq Demokratik partiyası, “Ak Jol” Demokratik partiyası və “Adal” siyasi partiyasının iştirak etdiyi və ümumilikdə 312 millət vəkilinin yarışdığı seçkilərdə təxminən 11 milyondan çox seçici səs verəcək.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 30 ölkədən və 10 beynəlxalq təşkilatdan olan 398 müşahidəçi seçkilər izləyir.

Qeyd edək ki, Milli Məclisin deputatları Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə komitəsinin, Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu